Birinci xanım 5 aylıq körpənin müalicəsini üzərinə götürdü

Birinci xanım 5 aylıq körpənin müalicəsini üzərinə götürdü
  29 Avqust 2014    Oxunub:1920
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 5 aylıq Azər Əlizadənin müayinə və müalicəsini nəzarətə götürüb.
AzVision.az xəbər verir ki, Fonddan trend-ə verilən məlumata görə, Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondunun nümayəndələri bu gün A.Əlizadənin atası Ruslan Əlizadə ilə görüşərək uşağın səhhəti, bu vaxtadək aparılmış müayinələrin nəticəsi ilə maraqlanıblar.

Qeyd edək ki, avqustun 27-də A.Əlizadənin atası R.Əlizadə müraciət edərək Azərbaycanın özəl klinikalarının birində sağ gözündən ciddi zədə almış körpənin müalicəsi üçün yardım istəmişdi.

Bu müraciətdən sonra keçirilən görüşdə bildirilib ki, A.Əlizadənin müalicəsi ilə bağlı bütün məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürür.


Teqlər:



Xəbər lenti