`Deyirdilər `Qarabağ`ı vəhabilər dəstəkləyir`
.jpg)
Qurban Qurbanovun komandasından razı qalan deputat "Neftçi"nin oyununu bəyənməyib.
“"Qarabağ" futbolçularının alicənablığını və intizamlı davranışını xüsusilə qeyd etməliyəm. Məhz bu amil fədakar oynayan komandanın güclü bir Hollandiya komandasınının Avropa Liqasına gedən yolunu kəsdi. Bir şeyi də qeyd edim ki, kimlərsə bir neçə gün öncə bir şəxsin stadionda namaz qılmasını bəhanə edərək belə bir informasiya yayıldı ki, "Qarabağ"ı vəhabilər dəstəkləyir. Sadəcə bu utanmazlar bir azərbaycanlı məşqçinin illərdir sabit uğurunu, insanlarımıza gətirdiyi sevinc anlarını kölgələmək üçün belə ucuz, sifarişli variantlardan istifadə edirlər. Kimsə stadionda araq içəcək, dərhal yazacaqsınız ki, filan komandanı alkoqoliklər dəstəkləyir? Bu qədər paxıllıq duyğusu daşımaq doğru deyil. Komandada kimlərsə inanclı insanlardır deyə, dərhal yarlıqlar qoşaraq həvəsdən salmaq yanlış hərəkətlərdir. Əminəm ki, qrup mərhələsindəki fədakar oyunu ilə "Qarabağ" bir çoxlarını utandıracaq. Kaş ki, oyunlarını da Qarabağda keçirib, o bölgənin insanlarının da xoş ovqat qazanmasına töfhə verərdi.Komandanın sponsorlarını, Qurban Qurbanov başda olmaqla məşqçi heyətini, bütün futbolçularını təbrik edirəm”-deyə deputat qeyd edib.
AzVision.az