Yubiley tədbirləri ilə bağlı nazirə müraciət

Yubiley tədbirləri ilə bağlı nazirə müraciət
  29 Avqust 2014    Oxunub:1274
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarından sakinləri qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 40-dək vətəndaş qəbula yazılmışdı.

Sakinlərin müraciətləri əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ev-muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin keçirilməsi, işlə təmin olunma və s. məsələlərlə bağlı olub. Qusar rayonunda uşaq incəsənət məktəbinin təmir işlərinin tamamlanması, Quba rayonu Yeni Güləzi kənd klubunun mədəniyyət evinə çevrilməsi, Siyəzən rayonu Mərkəzi Kitabxanasının yeni binaya köçürülməsinə köməklik göstərilməsi ilə bağlı xahişlər, bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndirilib.

Nazir Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini diqqətə çatdırıb, səslənən təklif və təşəbbüslərlə bağlı tədbirlər görüləcəyini, o cümlədən sosial məsələlərlə bağlı müraciətlərin lazımı instansiyalara çatdırılacağını deyib. Mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, yerli turizm mərkəzlərində bölgə əhalisinin işlə təmin olunması kimi məsələlərin diqqət mərkəzində olduğu bildirilib: "Bölgədə "Şahdağ" Qış-Yay Turizm Kompleksi kimi iri turizm obyekti fəaliyyət göstərir. Burada yerli əhalinin işlə təmin olunmasına xüsusi üstünlük verilir".

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizin təbliği, tanıdılması baxımdan mühüm fürsət olacağını deyən nazir turistləri təkcə paytaxtla deyil, Azərbaycanın bütün guşələri ilə tanış etmək üçün müxtəlif layihələrin həyata keçiriləcəyini vurğulayıb.


Teqlər:





Xəbər lenti