İlham Əliyevdən Atambayevə təbrik

-Hörmətli Almazbek Şarşenoviç,
Qırğızıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dinamik inkişaf edəcəkdir.
Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram.
AzVision.az