Müsavat yenə sual qarşısında

Müsavat yenə sual qarşısında
  01 Sentyabr 2014    Oxunub:1536
Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi bu gün partiyanın Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib-etməyəcəyi ilə bağlı son qərarını verəcək.
Bunu AzVision.az-a açıqlamasıdna Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib.

Onun sözlərinə görə, partiyanın istəyi 800-1000 nəfərlik zalda qurultay keçirməkdir və bunun üçün də ən müvafiq yer Opera və Balet Teatrıdır:

“Əgər hər hansı maneçilik olarsa, bizə münasib yer verilməsə, onda partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi qərar verə və qurultay partiya qərargahında keçirilə bilər”.

Qeyd edək ki, Müsavat Partiyası bundan öncə bir neçə dəfə şəhər meriyasına qurultaya yer ayrılması üçün müraciət edib. BŞİH Müsavata yer ayırsa da partiya müxtəlif səbəblərlə imtina edib.

Müsavatın bu addımı partiya üzvləri arasında ciddi fikir ayrılığı yaradıb. Partiya yetkililəri Müsavat rəhbərliyini qurultayı bilərəkdən yubadmaqda ittiham edirlər.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti