Həbsxanada qanunsuzluq

Həbsxanada qanunsuzluq
  01 Sentyabr 2014    Oxunub:1700
Bakıda daha bir məhkuma telefon ötürmək cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2; 234.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Elşən Əli oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Bakı şəhəri, Balaxanı qəsəbəsi B.Əfəndiyev küç. 10 ünvanında yaşayan vətəndaş Sevinc Əli qızı Hüseynovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı S.Hüseynovanın əl çantasının içərisində gizlədilmiş bir ədəd "Nokia E72" markalı mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti