Prezident idmançılara pul ayırdı - SİYAHI

Prezident idmançılara pul ayırdı - SİYAHI
  02 Sentyabr 2014    Oxunub:3411
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, ən yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçilərinə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib.

1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

AzVision.az


Teqlər:  





Xəbər lenti