Davudoğludan Ermənistana Qarabağ mesajı

Davudoğludan Ermənistana Qarabağ mesajı
  02 Sentyabr 2014    Oxunub:3263
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin azad olunması Türkiyə hökuməti üçün mühüm strateji məsələdir.

Bunu Türkiyənin yeni baş naziri Əhməd Davutoğlu Türkiyə Böyük Millət Məclisində çıxış zamanı bildirib.

Davudoğlu qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olmasından sonra Türkiyə həmçinin Ankara və Yerevan arasında münasibətlərin normallaşması üçün addımlar atacaq.

Türkiyənin baş naziri Ermənistanı tarixi hadisələrin girovu olmamağa, həmçinin ikitərəfli münasibətlərin normallaşması üzrə Ankaranın təkliflərini rədd etməməyə çağırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti