YAP-çı deputat “Azadlıq”ın cavabını verdi

YAP-çı deputat “Azadlıq”ın cavabını verdi
  02 Sentyabr 2014    Oxunub:1599
Səhv mülahizədəsiniz, cənablar!
Bu gün "Azadlıq" qəzeti “YAP-çı deputat Ərdoğanla bağlı mövqeyini niyə dəyişdi?” adlı bir məqalə dərc edib. Məqalədə hakim partiyanın Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadənin Türkiyənin yeni prezidenti Ərdoğanla bağlı fikirləri üz-üzə qoyularaq millət vəkilini mövqeyini dəyişməkdə ittiham edilib.

A.Mirzəzadə sözügedən məqaləyə reaksiya verib.

AzVision.az xəbər verir ki, deputat Facebook səhifəsində “Azadlıq” qəzetinə cavab verib:

-Orada mənim bir həftə əvvəl Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Təyyub Ərdoğanın inaqurasiyasına Ermənistan prezidentinin dəvət edilməsi faktına mənfi münasibətimlə, bir müddət əvvəl Türkiyə dövlət başçısının sentyabrın 3-nə olan rəsmi səfərinə olan şərhim üzbəüz qoyulur. Və bu nəticəyə gəlinir ki, YAP-çı deputat Ərdoğanla bağlı mövqeyini dəyişib.

Səhv mülahizədəsiniz, cənablar !

İki müxtəlif məsələni qarşıdırmaqla mülahizə predmetini amorf vəziyyətə salırsınız. Türkiyənin bir protokol nümunəsinə olan münasibət Türkiyənin dövlət başçısına olan münasibət demək deyildir. Bu gün də o qənatədəyəm ki, Türkiyə prezident inaqurasiyasına düşmən ölkəni dəvət etməməli idi. Ermənistanın xarici işlər nazirinə gələn il keçiriləcək uydurma" soyqırım yığıncağıa dəvətnaməni Ankarada təqdim etməyə şans verilməməli idi. Türkiyə Ermənistanın iştirakı ilə nüfuz qazanmır və onun böyüklüyü dünyada artıq qəbul edilmiş bir aksiomadır. İnaqurasiya dostların məclisidir və Ermənistanın orda nə statusda iştirakı Türkiyənin dostları üçün aydın deyildir.
Türk xalqının görkəmli dövlət xadimi Rəcəb Təyyyub Ərdoğana isə münasibət həmişə müsbətdir. O Türkiyənin müasir tarixində görkəmli yer tutur və axırıncı seçkidə birinci turda qələbəsi cəmiyyətdə onun qazandığı yüksək nüfuzun göstəricisi idi. Onun Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi sahəsində rolu da kifayət qədər ciddidir.

Onun Azərbaycana səfəri qardaşın qardaş evinə olan səfəridir. Və hər bir azərbaycanlı onun səfərinə "xoş gəlmisiniz" deyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti