Sürücülərə xəbərdarlıq: yol bağlanacaq

  02 Sentyabr 2014    Oxunub : 1006
Sürücülərə xəbərdarlıq: yol bağlanacaq
Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Akademik Həsən Əliyev küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.

Sürücülərə alternativ olaraq Fətəli xan Xoyski küçəsindən istifadə etmələri tövsiyə olunur.

Teqlər: