TQDK sədri haqda xəbər yayıldı

  02 Sentyabr 2014    Oxunub : 1661
TQDK sədri haqda xəbər yayıldı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Naftalan şəhərində vətəndaşları qəbul edəcək.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, sentyabrın 11-də saat 11.00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Mingəçevir, Naftalan şəhərlərinin, Goranboy rayonunun sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər (eservices.tqdk.gov.az/SedrinQebulu).

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Mingəçevir, Naftalan şəhərlərinin və Goranboy rayonunun təhsil şöbələrinə, eləcə də TQDK-nın Gəncə Regional Bölməsinə müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Teqlər: