`Bəzi beynəlxalq təşkilatların mövqeyilə barışa bilmərik`

`Bəzi beynəlxalq təşkilatların mövqeyilə barışa bilmərik`
  02 Sentyabr 2014    Oxunub:1485
“Azərbaycan müstəqilliyini qazandıqdan sonra bir çox beynəlxalq təşkilatlar çalışıblar ki, dövləti öz müstəqil siyasətindən çəkindirsinlər və regiondakı maraqlarının təminatçısına çevirsinlər. Son vaxtlar Azərbaycan cəmiyyəti bir daha Avropa Şurasının, “Amnesty İnternational”ın və «Human rights Watch» kimi təşkilatların Azərbaycana olan qərəzli münasibətinin şahidi oluruq”.
Bu sözlər “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlının verdiyi bəyanatdandır. O, qeyd edir ki, “Amnesty İnternational” və «Human rights Watch»un erməni lobbisi tərəfindən Azərbaycana qarşı yönəldilməsi, Azərbaycanın milli maraqlarına zərbə vurması dəfələrlə sübut olunub:

- Təəssüf hissilə qeyd edirik ki, Avropada özünü demokratik dəyərlərin qoruyucusu və insan haqlarının müdafiəçisi kimi göstərən Avropa Şurası kimi bir təşkilatın verdiyi bəyanatda da ikili standart müşahidə olunur. Bu təşkilatların Azərbaycan dövlətinə qarşı tutduğu siyasətlə barışa bilmərik. Vətənə xəyanət ittihamı ilə həbsə atılan Leyla və Arif yunusovlara qarşı konkret ittiham olduğu halda və istintaqın getdiyi bir vaxtda bu cür bəyanatlar verməsi heç bir hüquqa söykənmir.

Dünyanın ən inkişaf etmiş ölkələrində belə bu cür həbslərin şahidi oluruq. AŞ qonşu Gürcüstanda 100-dən artıq şəxsin siyasi məhbus olduğunu iddia etsə də, nədənsə Gürcüstanla bağlı indiyə qədər hər hansı bir bəyanat verməyib. Gürcüstanda həbs olunanların siyahısına nəzər yetirdikdə onların əksəriyyətinin jurnalist, QHT üzvü, bloqçu, hüquq müdafiəçisi olduqlarını görürük.

Digər tərəfdən, vətəndaşın hansı status daşımasından asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir və bu məsələ ilə bağlı heç bir beynəlxalq təşkilat Azərbaycan dövlətinə yönəlik siyasət apara bilməz!”




Teqlər:  





Xəbər lenti