Məmmədyarov UNICEF-in yeni rəhbəri ilə görüşdü

Məmmədyarov UNICEF-in yeni rəhbəri ilə görüşdü
  03 Sentyabr 2014    Oxunub:1356
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov UNICEF-in ölkəmizəki Nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzeni qəbul edib.
XİN-dən AzVision.az-a daxil olan məlumata görə, nazir Elmar Məmmədyarov UNICEF-in rəhbərini yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən Andro Şilakadze ölkəmizlə UNICEF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb


Teqlər:





Xəbər lenti