Elmar Vəliyev də yas mərasimləri ilə bağlı tapşırıq verdi - FOTO

Elmar Vəliyev də yas mərasimləri ilə bağlı tapşırıq verdi - FOTO
  03 Sentyabr 2014    Oxunub:5328
Elmar Vəliyev güc yox, təbliğat vasitəsinə üstünlük verir

Gəncə şəhərində yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə yenilik tətbiq olunub. Gəncə şəhər İcra Hakimiyyətinindən AzVision.az-a verilən məlumata görə, icra başçısı Elmar Vəliyev şəhər aktivi və dini icma nümayəndələri ilə görüşündə yas mərasimlərinin 3 gün keçirilməsini, ehsan olaraq isə ancaq çay süfrəsi açılmasının məqsədə müvafiq olduğunu bildirib. O, həmçinin dəfn xərclərinin də ciddi nəzarətə götürülməsi ilə bağlı ciddi tapşırıqlar verib:

“2012-ci ildən etibarən Gəncə şəhərində yas mərasimləri 7 gün deyil 3 gün keçirilir. Yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin açılması, həddindən artıq israfçılığa yol verilməsi yaxşı hal deyil. Din xadimləri, ziyalılar, xüsusilə mollalar əhali arasında təbliğat aparmalı, yas yerlərində sadə ehsan süfrəsi açılmasını təmin etməlidirlər. Ehsan yalınız çay süfrəsindən ibarət olmalıdır.”

Görüş zamanı iştirakçılar bu təklifi dəstəkləyiblər. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilib.



Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti