Ərdoğan xanımı ilə Bakıya gəldi - VİDEO

Ərdoğan xanımı ilə Bakıya gəldi - VİDEO
  03 Sentyabr 2014    Oxunub:2333
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Ərdoğan və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanındakı qarşılanma mərasimindən sonra Ərdoğan və onunla gələn qonaqlar qalacaqları otelə gediblər.

Bildirək ki, R.T.Ərdoğan sabah Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Prezident sarayındakı rəsmi qarşılanma mərasimindən sonra hər iki prezident ortaq mətbuat konfransı keçirəcəklər.

Ərdoğan Bakı səfəri çərçivəsində mərhum prezident Heydər Əliyevin məzarını və Türk şəhidliyini ziyarət edəcək.

***

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan səfəri öncəsi hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan bildirib ki, həmkarı İlham Əliyevlə Qarabağı müzakirə edəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə iki tərəfli əlaqələri daha da inkişaf etdirmək, eyni zamanda da Qarabaq məsələsi müzakirə olunacaq və münaqişənin həlli yolları barədə fikir mübadiləsi ediləcək.





Teqlər:  





Xəbər lenti