Nazir azsaylı xalqlarla bağlı əmr verdi

Nazir azsaylı xalqlarla bağlı əmr verdi
  03 Sentyabr 2014    Oxunub:2068
Azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin 2014-2015-ci dərs ilinə aid tədris planının təsdiqi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əmr Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq siniflərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə verilib.

Nazir məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Tədris resursları şöbəsinə (F.Şahbazlı) həmin tədris planının vaxtında yerlərə çatdırılmasını təmin edilməsini tapşırıb.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti