İlham Əliyev Ərdoğanı qarşıladı - FOTO+VİDEO

İlham Əliyev Ərdoğanı qarşıladı - FOTO+VİDEO
  03 Sentyabr 2014    Oxunub:2449
Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin dövlət başçısı Rəcəp Tayyib Ərdoğanla görüşüb.

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 3-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi foto çəkdirdilər.





Sevinc İltifatqızı
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti