Tağı Əhmədovun kadrı işdən çıxarıldı

Tağı Əhmədovun kadrı işdən çıxarıldı
  03 Sentyabr 2014    Oxunub:2666
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.
AzVision.az aznews.az-a istinadən məlumatına görə, Zaur Hüseynovun əmri ilə metropolitenin baş mühəndisi Fuad Tağızadə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə metropolitendə uzun müddət xidmət rəisi vəzifəsində çalışan Əlixan Osmanov təyin olunub.

Z. Hüseynovun digər əmrinə əsasən Fuad Tağızadə Metropolitenin yeni yaradılmış təlim-tədris mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumatı təsdiqləyib.


Teqlər:  





Xəbər lenti