Adı olub, özü olmayan partiyalar – ARAŞDIRMA

Adı olub, özü olmayan partiyalar – ARAŞDIRMA
  03 Sentyabr 2014    Oxunub:15094
Azərbaycanda bu günə qədər 55 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 9 milyondan bir qədər çox vətəndaşı olan bir ölkədə 55 siyasi partiyanın aktiv siyasi fəaliyyət göstərməsi mümkün olmadığı kimi bu partiyaların çoxunun adı var, özü isə tarixə qovuşub.

Onlar hansı partiyalardır?

AzVision.az mövzu ilə bağlı araşdırma aparıb.

İlk öncə siyasi partiyaların qeydiyyata alınma proseduruna diqqət yetirək. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanuna görə, partiya yaratmaq istəyən şəxs ilk öncə Ədliyyə Nazirliyinə müraciət etməlidir. Partiyanın qeydə alınması üçün azı 1000 Azərbaycan vətəndaşı onun üzvü olmalıdır. Siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunur.

Qanunun bu imkanlarından yararlanan 55 partiya qeydiyyatdan keçə bilib. Buna baxmayaraq onlardan yalnız bir qismi prezident, parlament və bələdiyyə seçkilərində iştirak edir, ölkədəki ictimai-siyasi proseslərə qatılır, bəzən də müxtəlif aksiya və tədbirlər keçirir, eləcə də öz varlıqlarını qiyabi də olsa nümayiş etdirə bilirlər.

Başqa sözlə desək, 55 partiyanın yalnız bir hissəsi aktiv siyasətlə məşğuldur.

Aktiv siyasi fəaliyyəti ilə fərqlənən partiyalara ayrı-ayrılıqda nəzər salsaq ilk olaraq hakim Yeni Azərbaycan Partiyasının adını çəkmək olar. YAP 5 dəfə prezident seçkilərində, 4 dəfə parlament seçkilərində və 3 dəfə isə bələdiyyə seçkilərində qalib gəlib.

Parlamentdə təmsil olunan yeganə partiya YAP deyil. Bundan başqa 10 partiyanın nümayəndəsi Milli Məclisdə mandat alıb. Həmin partiyalar bunlardır:

Demokratik İslahatlar Partiyası (Asim Mollazadə)
Böyük Quruluş Partiyası (Fazil Mustafa)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (Qüdrət Həsənquliyev)
Ana Vətən Partiyası (Fəzail Ağamalı)
Vətəndaş Həmrəyliyi Partiyası (Sabir Rüstəmxanlı)
Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev)
Vətəndaş Birliyi Partiyası (Sabir Hacıyev)
Ümid Partiyası (İqbal Ağazadə)
Azərbaycan Sosial Rifah Partiyası (Xanhüseyn Kazımlı)
Ədalət Partiyası (İlyas İsmayılov)


Adlarını çəkdiyimiz bu partiyaların əksəriyyətinin siyasi bazası olduqca zəifdir. Qeyd olunan əksər partiyaların sədrlərindən başqa müavin və digər funkisionerləri cəmiyyətdə bir o qədər tanınmırlar. Bəzi partiyaların fəaliyyəti parlament çərçivəsində qurulduğundan siyasi proseslərdə aktivliyi ilə seçilmirlər.

Radikal müxalifətdə təmsil olunan MüsavatAzərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi fəaliyyəti daha çox mətbuat səhifələrində, sosial şəbəkələrdə hiss olunur. Hərçəndki onların fəaliyyəti hakim partiyanın kölgəsində qalır.

Siyasi arenada bəzi partiyalarda var ki, onları dəstəkləyən məhdud bir çevəsi var. Yəni, bir sədri, bir müavini, bir də portfeli olan partiyalar...

Azərbaycan Kommunist Partiyası
Azərbaycan Liberal Partiyası
Azərbaycan Sosial Demokrat Partiyası
Azərbaycan Xalq Partiyası
Klassik Xalq Cəbhəsi Partiyası
Vətəndaş və İnkişaf Partiyası
Aydınlar Partiyası
Azərbaycan Demokrat Partiyası
Müasir Müsavat Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Liberal Partiyası
Azadlıq Partiyası
Vətəndaş və İnkişaf Partiyası
Azad demokratlar partiyası


Yerdə qalan partiyaların adı olsa da mətbuat səhifələrində onların fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Onların böyük qisminin isə nə internet səhifəsi var, nə də Vikipediada məlumat. Məsələn, Vahid Azərbaycan Milli Birlik Partiyası haqqında mətbuatda son məlumat 2008-ci il parlament seçkiləri ərəfəsinə təsadüf edir. Ondan sonra isə partiyanın fəaliyyəti gözə dəymir.

Digər bir partiya – Vəhdət Partiyası da passivlər sırasındadır. Sədr Tahir Kərimli müəyyən vaxtlarda mətbuatda görünsə də Vəhdət Partiyası fəaliyyəti ilə gündəmə gələ bilmir.

Dirçəliş və Tərəqqi Partiyası, Kəndli Partiyası, Qorqud Partiyası və s. bu kimi partiyaların fəaliyyəti isə ümumiyyətlə gözə dəymir. Onların nə internet sayı var, nə Vikipediada məlumat var, nə də ki, mətbuat səhifələrində yer alırlar.

Yeni Demokratiya Partiyasının isə blogu olsa da burada yalnız partiyanın nizamnaməsi və buraya üzvlük haqqında məlumatlar olsa da YDP-nin fəaliyyəti mətbuatda gözə dəymir. Parlament və prezident seçkilərində də iştirak etməyən bu partiyanı da fəaliyyətsiz partiya saymaq olar.

Siyasətdə aktiv iştirak etməyən partiyalara aşağıdakıları misal çəkmək olar:

Azərbaycan Dünyəvi (Bozqurd) Partiyası
Dirçəliş və Tərəqqi Partiyası
Xalq Demokratik Partiyası
Milli Demokrat İdrak Partiyası
Kəndli Partiyası
Birlik Partiyası
Vahid Azərbaycan Milli Birlik Partiyası
Vahid Azərbaycan Partiyası
Demokratik Azərbaycan Dünyası Partiyası
Müstəqil Azərbaycan Partiyası
Milli Qurtuluş Partiyası
Yurddaş Partiyası
Qorqud Partiyası
Milli Hərəkat Partiyası
Milli Dövlətçilik Partiyası
Vətənpərvərlər Partiyası
Demokratik Sahibkarlar Partiyası
Azərbaycan Naminə Alyans Partiyası
Demokratik Maarifçilik Partiyası
Vahid Kommunist Partiyası
Sosial Ədalət Partiyası
Milli Konqres Partiyası
Vəhdət Partiyası
Respublikaçılar Partiyası
Liberal Demokrat Partiyası
Mübarizlər Partiyası
Milli Vəhdət Partiyası
Azad Respublikaçılar Partiyası
Tərəqqi Partiyası
Böyük Azərbaycan Partiyası
Təkamül Partiyası
Vətəndaş Birliyi Partiyası
Aydınlar Partiyası
Yeni Nəsil Azərbaycan Kommunist Partiyası


Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti