6 nəfərin öldüyü qəza ilə bağlı- Rəsmi açıqlama

6 nəfərin öldüyü qəza ilə bağlı- Rəsmi açıqlama
  03 Sentyabr 2014    Oxunub:1451
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidməti Zabratda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az-a daxil olan məlumatda bildirilir ki, sentyabrın 3-də saat 02 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində Bakı şəhər sakini Hafiz Quliyevin idarə etdiyi “Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub.

“VAZ-2106” markalı avtomobildə olan 6 nəfər ölmüş, H.Quliyev və sərnişini Nizami Gülməmmədov xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti