Novruz Məmmədovdan rus politoloqa cavab

Novruz Məmmədovdan rus politoloqa cavab
  03 Sentyabr 2014    Oxunub:1334
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rusiyalı politoloq Stanislav Tarasovun iddialarına cavab verib.
PA rəsmisi "Twitter" səhifəsində qeyd edib:

"Bütün həyatını siyasətə həsr etmiş Stanislav Tarasov hələ də bilmir ki, Əfqanıstana yükdaşıma sahəsində Azərbaycan neçə ildir ki mühüm rol oynayır".

Qeyd edək ki, Stanislav Tarasov Rusiya mətbuatında dərc olunan məqaləsində rəsmi Bakının guya ABŞ-a öz ərazisi vasitəsilə Əfqanıstandakı yüklərin daşınmasını təklif etdiyini iddia edib. Politoloq həmçinin, rəsmi Bakının Vaşinqtonla sövdələşməyə getməsinə dair fikirlər bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti