400-ə yaxın müəllim işə düzəldi

Onun sözlərinə görə, həmin qaydalara uyğun olaraq, Təhsil Nazirliyi bir həftə ərazində boş qalan vakant yerləri elan edib:
“Əlavə yerləşdirmə zamanı təxminən 3 minə qədər müəllim həmin yerləri tutmaq üçün elektron müraciət edib. Müraciət edənlər üçün müsabiqə keçirilib, onlar bu müsabiqədə topladıqları ballarla iştirak etdilər. Avqustun 29-da yerləşdirmə aparılıb və onlardan 605 nəfər əlavə yerləşdirmə nəticəsində işə qəbul olmaq üçün müsahibədə iştirak etmək hüququ qazanıblar. Sentyabrın 1-də isə həmin müəllimlər üçün müsabiqə təşkil edilib və yekun mərhələnin nəticəsinə görə 386 nəfər müəllim işə qəbul olunub”.