Ötən gün 40 nəfər həbs edilib

Ötən gün 40 nəfər həbs edilib
  03 Sentyabr 2014    Oxunub:1404
Sentyabrın 2-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 68 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 5 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, yeddi nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 40 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti