Yeni qrant müqaviləsi imzalanacaq

Yeni qrant müqaviləsi imzalanacaq
  04 Sentyabr 2014    Oxunub:1537
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Alman-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalayacaq.
Şuradan AzViison.az-a verilən məlumata görə, Alman-Azərbaycan Forumu Azərbaycan Respublikasının Almaniyada fəxri konsulu Otto Hauzer (Almaniya hökumətinin sabiq sözçüsü), Helqa Daub (sabiq millət vəkili), Riçard Kisler (media qrupunun rəhbəri), Hans-Ditrix Qenşer (Almaniyanın sabiq xarici işlər naziri) tərəfindən təsis edilib. Təşkilatın rəhbəri Almaniyanın sabiq dövlət katibi Hans-Eberhard Şlayerdir.

Alman-Azərbaycan Forumunun əsas məqsədi Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin gücləndirilməsidir.
Müqavilənin imzalanma mərasimində Almaniyadan gəlmiş nüfuzlu nümayəndə heyəti üzvlərindən Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayer, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents, "Almaniya-İsrail Cəmiyyəti"nin sədri Raynold Robben, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Buts və başqalarının iştirakı gözlənilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti