“Azərsu” Təhsil Nazirliyini məhkəməyə verdi
Bakı Apellyasiya Məhkəməsindən AzVision.az-a verilən məlumata görə, qurumun təhsil müəssisələrindən şikayət etməsinin səbəbi “Azərsu”ya olan borcun ödənilməməsidir.
Sentyabrın 2-də Bakı Texniki Kollecinin su pulu və kanalizasiya xidmətlərinə görə yaranmış borcu ödəmədiyi üçün məhkəmə iclası keçirilib və iddia qismən təmin edilib.
5 saylı Bakı Peşə Liseyi də eyni səbəbdən “Azərsu” tərəfindən məhkəməyə verilib. Proses davam edir.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


