731 nəfər kollecə qəbul oldu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələrini sentyabrın 4-də saat 12:20-dən etibarən Komissiyanın internet saytında yerləşdirib.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.
Boş qalan 1561 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1018 abituriyent ərizə təqdim etmişdir. Onlardan 731 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olanlar sentyabrın 5-dən 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz təhsil müəssisəsindən əldə edə bilərsiniz.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.







Vaxtında, Aydın, Lazımlı!


