Bakıdakı qanlı olayla bağlı rəsmi məlumat

Bakıdakı qanlı olayla bağlı rəsmi məlumat
  04 Sentyabr 2014    Oxunub:1557
Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini İlqar Quliyev münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Şaban Nəbiyevə xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən Ş.Nəbiyev orada ölüb.

Hadisə yerinə baxış zamanı “Winchester” markalı tüfəng aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti