`İlqar Mikayıloğlu işdən özü çıxıb` - ANS-dən açıqlama

`İlqar Mikayıloğlu işdən özü çıxıb` - ANS-dən açıqlama
  04 Sentyabr 2014    Oxunub:6023
ANS telekanalı tanınmış jurnalist, “Günəbaxan” verilişinin aparıcısı İlqar Mikayıloğlunun telekanaldan çıxmasına aydınlıq gətirib.
ANS prezidentinin müşaviri Mais Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, aparıcının özü ərizə yazaraq, işdən çıxmasını istəyib:

“Onun özü ərizə yazdı və işdən çıxmaq istədi. Ən pis hallarda da o işdən çıxmaq istəyəndə biz onu saxlayırdıq. Amma bu dəfə təkid etsəkdə işdən çıxdı. Ərizə yazdı və getdi. Nə edə bilərik”,-deyə telekanal sözçüsü əlavə edib.

Qeyd edək ki, İlqar Mikayıloğlu saytımıza açıqlamasında bildirmişdi ki, ANS-lə müqaviləsi bitdiyi üçün telekanaldan uzaqlaşıb.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti