Misir Mərdanovun işdən çıxarılan qohumu DANIŞDI - ÖZƏL
Bunu AzVision.az-a açıqlamasında işdən azad olunduğu deyilən Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktoru Novruz Dəmirov deyib.
Direktor işdən öz xahişi ilə ayrıldığını bildirib.
“İşdən ayrılmaq üçün ərizə ilə Təhsil Nazirliyinə müraciət etmişəm. Ancaq işdən azad olunmağımla bağlı əmr verilməyib. Öz xahişim ilə işdən ayırlmaq istəyirəm”.
Sabiq təhsil naziri Misir Mərdanovla qohum olması haqda yayılan məlumata aydınlıq gətirən Novruz Dəmirov bu məsələnin mənasız olduğunu qeyd edib.
“Öz şəxsi istəyimlə işdən ayrılıram. Bunun Misir Mərdanovla və digərləri ilə bağlı heç bir əlaqəsi yoxdur. Həmin informasiyaların məsələyə heç bir aidiyyatı yoxdu”.
AzVision.az-ın əldə etdiyi digər məlumata görə, N.Dəmirov Misir Mərdanovun xalası oğlu olmasa da yaxın qohumluq əlaqələri var.
Qeyd edək ki, qafqazinfo.az saytının yaydığı məlumata görə, Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktoru Novruz Dəmirov işdən çıxarılıb. Saytın bildirdiyinə görə, N.Dəmirov sabiq təhsil naziri Misir Mərdanovun xalası oğludur.
Lətif







Vaxtında, Aydın, Lazımlı!


