Nazir vətəndaşlarla görüşəcək

Nazir vətəndaşlarla görüşəcək
  04 Sentyabr 2014    Oxunub:1241
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 10-da Qəbələ Mədəniyyət Mərkəzində Qəbələ, Ağsu, İsmayıllı, Qobustan, Oğuz və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı və ya 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.


Teqlər:



Xəbər lenti