Tanınmış aparıcı “Space”i məhkəməyə verdi

Tanınmış aparıcı “Space”i məhkəməyə verdi
  04 Sentyabr 2014    Oxunub:3482
“Space” tv-dən qalmaqalla ayrılan məşhur jurnalist İdris Cəfərov telekanalı məhkəməyə verib.
Bakı Apellyasiya Məhkəməsindən AzVision.az-a verilən məlumata görə, aparıcı məhkəmə vasitəsilə telekanaldan əmək kitabçasına düzəlişlərin edilməsi tələb edib.

İlk məhkəmə iclası avqustun 5-də keçirilsə də, iclas təxirə salınmışdı. Lakin avqustun 19-da keçirilən ikinci iclasda telekanal məhkəməni udub və aparıcının tələbi yerinə yetirilməyib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında İ.Cəfərovun telekanaldan ayrılması böyük səs-küyə səbəb olmuşdu. O ölkəni tərk edərək Polşanın Varşava şəhərinə gedib və yaydığı video-müraciətdə bildirmişdi ki, bunun səbəbi “Space” TV-nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilovadır.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti