İsa Qəmbərin müavini imtina etdi

İsa Qəmbərin müavini imtina etdi
  04 Sentyabr 2014    Oxunub:1519
Gülağa Aslanlıdan sonra Müsavat sədrinin digər müavini Tofiq Yaqublu da başqanlıq seçimlərindən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Yaqublu bildirib.

Onun sözlərinə görə, Tofiq Yaqublunun Müsavatda başqan olmaq iddiası yoxdur və başqanlığa namizəd olmayacaq.

“Atanın başqan olmaq kimi bir iddiası yoxdur. O, ancaq Məclis üzvü olmaq üçün namizədliyini irəli sürüb”.

Qeyd edək ki, partiyanın Ali Məclisinin sədri Arzu Səmədbəyli də başqanlığa namizədlikdən imtina edib. Halbuki, A.Səmədbəyli əsas iddialılar sırasında göstərilirdi.

AzVision.az


Teqlər:  



Xəbər lenti