Bu mağazalardan alış-veriş etməyin - Siyahı

Bu mağazalardan alış-veriş etməyin - Siyahı
  04 Sentyabr 2014    Oxunub:1695
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
AzVision.az həmin obyektlərin siyahısını təqdim edir:

Sumqayıt şəhərində

- 42-ci məhəllə, ev 13 ünvanında Ceyrun Əliməmmədova məxsus mağaza

- 45-ci məhəllə, C.Cabbarlı küçəsində Sevinc Mirzəyevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan mallar

Bakının Sabunçu rayonunda

- Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi, ev 14 ünvanında Mehriban İsayevaya məxsus mağazada;

- Bilgəh qəsəbəsi, Qələbə küçəsində Mahir Rəsulova məxsus mağaza

- Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində Rüfət Babayevə məxsus mağaza

Yasamal rayonunda

- M.Müşfiq küçəsi, ev 10 ünvanında Azər Məcidova məxsus mağaza

- H.Cavid prospekti və Ə.Haqverdiyev küçəsinin kəsişməsində Tofiq Məmmədova məxsus mağaza

- S.Dadaşov küçəsi, ev 90 ünvanında Rizayət Rüstəmovaya məxsus mağaza

Səbail rayonunda

- B.Sərdarov küçəsi, ev 2 ünvanında Telman Əlizadəyə məxsus mağaza

- S.Rüstəmov küçəsi, ev 10 ünvanında Yunis Cabbarova məxsus mağaza

Ucar rayonunda

- Qazıqumlaq kəndində Ramilə Əzizovaya məxsus kafe

- Ucar şəhəri, H.Əliyev prospekti, ev 150 ünvanında Hikmət Rəhimova məxsus yeməkxana

Zərdab şəhərində

- A.Mustafayev küçəsində Yaqub Mahmudova məxsus “Dalğa” kafesində normativ texniki sənədlərin tələblərinə uyğun olmayan mallar

Bakının Səbail rayonunda

- Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 23 ünvanında Təranə Kərimovaya məxsus mağaza

- A.İsgəndərov küçəsi, ev 3/5 ünvanında Tarayəddin Səmədova məxsus mağaza

Yasamal rayonunda

- İ.Qutqaşınlı küçəsi, ev 1 ünvanında Şaiq Bağıyevə məxsus mağaza

Gəncə şəhəri

- A.Hacıyev küçəsi, ev 22 ünvanında Almaz Mədətovaya məxsus mağaza

Göygöl rayonunda

- Quşqara kəndində Hafiz Həsənova məxsus mağaza

Şəmkir şəhərində

- 20 Yanvar küçəsində Fəxrəddin Hüseynova məxsus mağaza

Zərdab şəhərində

- 4 yol ayırıcında Kamran Xəlilova məxsus kafe

Ağcabədi şəhərində

- Təbriz küçəsində Mərdan Quliyevə məxsus mağaza

Qusar rayonunda

- Samur qəsəbəsində Feyti Abdullayevə və Zamir Musayevə məxsus mağazalar

Qax şəhərində

- H.Əliyev prospektində Ceyhunə Abdullayevaya məxsus mağaza

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:





Xəbər lenti