Prezident Ollandla Qarabağı müzakirə etdi

Prezident Ollandla Qarabağı müzakirə etdi
  05 Sentyabr 2014    Oxunub:1827
Sentyabrın 4-də Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Azərbaycan ilə Fransa arasında əməkdaşlığın müxtəlif sahələrdə daha yaxşı perspektivlərinin olduğu vurğulandı.

Söhbət zamanı dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi apardılar.

AzVision.az


Teqlər:  





Xəbər lenti