Sahib Alıyev ermənilərin ölkədən qaçmasını belə şərh etdi

Sahib Alıyev ermənilərin ölkədən qaçmasını belə şərh etdi
  05 Sentyabr 2014    Oxunub:2554
Ermənistanı tərk edənlərin sayı artmaqda davam edir.
Yerevandakı “Zvartnots” aeroportuna ölkə daxilindən sərnişin axını bunu bir daha təsdiq edir. Belə ki, ermənilərin rəsmi statistikasına əsasən Zvartnots hava limanına ötən illə müqayisədə ölkəni tərk etmək məqsədilə axın edənlərin sayı 34% artıb.

Millət vəkili Sahib Alıyev facebook səhifəsində paylaşdığı statusunda bunun cəbhədə baş verən vəziiyyətlə bağlı olduğunu bildirib.

“İyulun axırı, avqustun əvvəlində içərisində təkcə ermənilər olmayan təxribat qrupu cəhbə xəttini keçməyə cəhd edərkən üzləşdikləri vəziyyət və bundan sonra aldıqları cavab, ardınca da Ali Baş Komandanımızın Ağdama səfəri və orada dedikləri deyəsən heç də təsirsiz qalmayıb...” - deyə millət vəkili məlumatı şərh edib.

“Ermənistanın Beynəlxalq Aeroportları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, 2013-cü ilin avqust ayında Zvartnots aeroportu vasitəsilə Ermənistanı 197 957 vətəndaşı tərk etdiyi halda, cari ilin avqustunda bu göstərici 265 391 olub.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti