Sarkisyan bu dəfə NATO-da həddini aşdı

Sarkisyan bu dəfə NATO-da həddini aşdı
  05 Sentyabr 2014    Oxunub:2666
Ermənistan prezidenti NATO-nu ənənəvi erməni təxribatına dəstək verməyə çağırıb: “İki variant var: ya Qarabağ münaqişəsinin həlli üzrə yeganə ixtisaslaşdırılmış beynəlxalq struktur olan ATƏT-in Minsk qrupunun ABŞ və Fransanın da dəstəklədiyi təklifini qəbul etməlisiniz, ya da digər üzv ölkənin lobbisi qalib gələcək ki, bu da yaxşı olmayacaq”.


Söhbət Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində Serj Sarkisyanın çıxışından gedir. Sammitdə Dağlıq Qarabağla bağlı qəbul olunacaq sənədi "şərh" edən Ermənistan Prezidenti həyasızcasına özünü və xalqını müdafiə etmək üçün Azərbaycana şər atır.

Əslində Soçi görüşündəki sayıqlamalarını NATO sammitində də davam etdirən Sarkisyan nə dediyini heç özü də bilmir. Özü öz xalqını oda atan diktator, guya ermənilərin təhlükəsizliyini qorumaq, regionda sülhün bərqərar olunması məqsədilə utanmaz-utanmaz Alyansın qarşısında şərt qoyur : ya belə olmalıdı, ya da... Adama deyərlər ya da nə?! Əgər Dağlıq Qarabağ probleminin həllində maraqlısansa və ya özünün iddia etdiyin kimi “haqlı” tərəfsənsə, nədən narahatsan, niyə dəridən qabıqdan çıxırsan, niyə böhtan atırsan, niyə Azərbaycanın torpaqlarını işğal etdiyini etiraf etmirsən ki, bəlkə bu addımınla az da olsa səni adam yerinə qoyan olsun?! Axı bura səninçün Alaverdi və ya nə bilim nə Zor rayonu deyil ki, populist çıxışlarını alqışlasınlar. Bura “koskoca” NATO sammitidir. Hər kəs də hər şeyi yaxşı bilir; kimin işğalçı olduğunu da, Əfqanıstanda NATO-nun İSAF missiyası çərçivəsində kimin hansı səviyyədə iştirak etdiyini də. Guya Əfqanıstanda göstərdiyin xidmətlərə görə, utanmadan özünü örnək ölkə kimi göstərmək nəyə lazımdır? Hər kəs Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, Ermənistanın tarixi barədə məlumatlı olub-olmaması şübhə doğuran hansısa 1 ştatın (söhbət Kaliforniya senatından gedir) tanımasını gözə soxmaqla Qarabağ Ermənistanın ola bilməz!

Çıxışı zamanı Sarkisyan deyir ki, “ya sağlam düşüncə və sülhə nail olmaq istəyi qalib gələcək, ya da ksenofobiya dərinləşəcək, təxribatlar artacaq, müharibə olacaq”.

-Bəli cənab ksenofob doğru deyirsiniz, sağlam düşüncə qalib gələcək və Azərbaycan sülhə nail olmaq istəyinə çatacaq. Sizin müharibə arzunuz isə ürəyinizdə qalacaq, təxribatlarınız gəzib-dolanıb öz başınızda çatlayacaq. Atalar yaxşı deyib, özgəsinə quyu qazan özü düşər!

Qeyd edək ki, NATO- ya üzv ölkələrin dövlət və hökumət başçılarının və Şimali Atlantika Alyansının Əfqanıstandakı İSAF missiyasında iştirak edən tərəfdaşlarının görüşü davam edir. Görüşdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Sammitdə Dağlıq Qarabağ probleminə dair sənəd qəbul olunacağı gözlənilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti