Deputat jurnalistlərə iradını bildirdi
Onun sözlərinə görə, qəzet redaktoru polisi, ordunu gözdən salmağın düzgün olmadığını bilməlidir:
“Cəbhə ilə bağlı 11 əsgərin öldüyünü yazırlar, lakin adlar qeyd edilmir. Azərbaycanda hər iki ailədən birinin ovladı əsgərdir, bu ailələri necə intizarda qoya bilərlər? Jurnalistlər cəbhə xətti ilə sərhəddi bir-birindən ayıra bilmirlər. Bu da jurnalistlər arasında ixtisaslaşma olmamasını göstərir. Hər sahə üzrə ayrı-ayrı jurnalist yazmalıdır. Mətbuatın azad olması, hələ hər şeyi yazması demək deyil. Sadalanan problemlərin həlli üçün jurnalistlər məsuliyyəti dərk etməli və ixtisaslaşma olmalıdır”.
Fatimə Kərimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


