Sarkisyana sillə kimi cavab

Sarkisyana sillə kimi cavab
  05 Sentyabr 2014    Oxunub:2888
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın NATO Sammitində Azərbaycanla bağı səsləndirdiyi fikirlərə cavab verib.

AzVision.az xəbər verir ki, PA rəsmisi bir qayda olaraq Azərbaycana qarşı təxribatçı mövqedən çıxış edən Sarkisyanın psixi durumunun bərbad vəziyyətdə olduğunu diqqətə çatdırıb.

“Son bir ayda münaqişənin həlli ilə bağlı Sarkisyanla keçirilmiş 2 görüşdə belə 1 qəti qənaətə gəlmişəm ki, onun psixi durumu bərbad vəziyyətdədir” – deyə, Novruz Məmmədov Serj Sarkisyanın Azərbaycan , Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündə olduğu kimi NATO sammitində də sayıqlamalarına davam etdiyini diqqətə çatdırıb.

“Ən yüksək səviyyəli görüşlər zamanı hamı müşahidə edir ki, onun işlətdiyi ifadələr, hərəkətləri sifətinin mimikası adekvat olmur”- N. Məmmədov əlavə edib.

Qeyd edək ki, NATO- ya üzv ölkələrin dövlət və hökumət başçılarının və Şimali Atlantika Alyansının Əfqanıstandakı İSAF missiyasında iştirak edən tərəfdaşlarının Uelsin Nyuport şəhərində keçirilən görüşü davam edir. Görüşün ilk günündə, sentyabrın 4-də Azərbaycan və Ermənistan prezidentlərinin çıxışı olub.

Səbinə Həsənova


Teqlər:  



Xəbər lenti