Yalan xəbər yayan saytların adları AÇIQLANDI

Yalan xəbər yayan saytların adları AÇIQLANDI
  05 Sentyabr 2014    Oxunub:5037
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində» adlı konfrans keçirilib.
AzVision.az xəbər verir ki, konfransda qəzetlərin, informasiya agentliklərinin baş redaktorlarının, internet xəbər portallarının rəhbərlərinin iştirak ediblər. Ötən ay cəbhə xəttində baş verən proseslərlə əlaqədar media orqanlarında getmiş materialların xüsusiyyətləri barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov son vaxtlar atəşkəsin pozulması, hərbi əməliyyatlar haqqında xəbərləri qeyri-peşəkar şəkildə yayan saytların adlarını ictimaiyyətin diqqətinə çatdırıb.

O, bildirib ki, cəbhə ilə bağlı yalan xəbərlər əsasən “vətəninfo.az”, “ölkə.az”, “azinform.az”, “gündəm-xəbər”, “sfera.az”, və digər saytlarda yayımlanıb.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti