Arif Yunusun infarkt xəbəri yalan çıxdı

“Bəzi mətbuat orqanlarında yazılıb ki, guya Arif Yunus infakt keçirib, xəstədir. Mən MTN-nin İstintaq Təcridxanasının həkimi ilə görüşdüm. Həkim Arif Yunusun tibbi toksikasını mənə təqdim etdi. Həkim bildirdi ki, Arif Yunus ora qəbul olunan zaman onun şəkəri 97 olub. Yəni 120-yə qədər şəkər normadır. Mən özüm də şəkər xəstəsiyəm. Mənim şəkərim 250-dir. Ancaq Arif Yunusun şəkəri 97 olub. Demək ki, bu adamda şəkər normada olub. MTN-nin təcridxanasına daxil olan onun zaman ürəyini kardioqrama ediblər. Arif Yunusda infarktın əlamətləri qətiyyən aşkar edilməyib. İnfaktın əlamətləri onda yoxdur. ”
Xatırladaq ki, Leyla Yunus iyulun 30-da, Arif Yunus avqustun 4-də həbs olunub. Leyla Yunusa dövlətə xəyanət maddəsi də daxil olmaqla 6 ittiham, Arif Yunusa qarşı isə 2 ittiham irəli sürülüb.(ans)
Teqlər: