Dəmiryol xəttində yanğın olub

Hadisə bu gün saat 16:00 radələrində Tovuz stansiyasından 3 kilometr uzaqlıqda qeydə alınıb. Qəfildən dəmiryol xəttində olan şalban alışaraq yanğın törədib. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun qarşısını ala biliblər.
Yanğının hansı səbəbdən baş verməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Teqlər: