Məzahir Pənahov Rumıniyada konfransda

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da konfransda iştirak edir. O, tədbirdə çıxış edərək ölkəmizin seçki sistemi barədə məlumat verib.
M.Pənahov, həmçinin digər ölkələrin MSK sədrləri və beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Rumıniya Mərkəzi Seçki Komissiyasının sədri xanım Ana Maria Patru, Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının sədri Jolt Solniki ilə görüşüb.
Görüşlərdə qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Konfrans sentyabrın 6-da başa çatacaq.
Şərh Yaz
Teqlər: