Erməni təxribatı ATƏT-də qaldırılacaq

Erməni təxribatı ATƏT-də qaldırılacaq
  06 Sentyabr 2014    Oxunub:1205
“Ermənistanın cəbhədəki təxribatı məsələsini ATƏT PA-nın Cenevrədə keçiriləcək payız sessiyasında da qaldıracağıq”.
AzVision.az xəbər verir ki, bunu Anspress-ə açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

O, qeyd edib ki, ATƏT PA-nın payız sessiyasında təmas xəttində baş verən insidentlərə diqqət yönəldiləcək:

“Sessiyada təmas xəttində baş verən insidentlər və atəşkəsin pozulmasına cavadeh olan və bilavasitə cəhd göstərən Ermənistan tərəfinin hərəkətlərinə qiymət verilməsinə çalışacağıq. Əlbəttə, bunun nə dərəcədə alınacağını indidən söyləmək mümkün deyil. Amma bu, bizim bir nömrəli vəzifəmizdir. Əsas diqqəti indiki məqamda buna yönəldəcəyik. Ukrayna hadisələri, eləcə də dünyanı narahat edən digər vacib hadisələr sessiyada müzakirə olunacaq. Bu da bizə imkan verir ki, Qarabağ məsələsi ilə bu hadisələrə yanaşmalar arasındakı fərqi qabardaq, vasitəçilər və Beynəlxalq İctimayyət tərəfindən yanaşmalarda qoyulan fərqə diqqəti yönəldək, belə yanaşmaların bu günkü təhlükəsizlik çağırışlarını doğurduğunu söylədiyimizdən də daha kəskin şəkildə ortaya qoyaq”, - deyə Bahar Muradova bildirib.


Teqlər:





Xəbər lenti