Prezidentlərin görüşü barədə yeni təfərrüatlar - VİDEO

Prezidentlərin görüşü barədə yeni təfərrüatlar - VİDEO
  07 Sentyabr 2014    Oxunub:1562
Azərbaycan prezidenti İlham Əliyevin NATO sammiti çərçivəsində Ermənistan prezidenti ilə keçirdiyi görüşün təfərrüatlarına Prezident Administirasiyası rəhbərinin müavini Novruz Məmmədov aydınlıq gətirib.

ANS TV-nin məlumatına görə, Novruz Məmmədov üç tərəfli görüşün ABŞ-ın təkidilə baş tutduğunu bildirib: Prezidentlərin Soçi görüşündən sonra digər həmsədr dövlətlər də dünyada artan münaqişə ocaqları fonunda, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüs göstərir. Lakin rəsmi Bakı bu görüşlərə yalnız danışıq xatirinə getmək niyyətində deyil. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, yalnız nəticəsi olan görüşlərə getmək niyyətindədir.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov vurğulayıb ki, dövlət katibi Con Kerrinin iştirakı ilə keçirilən 3 tərəfli görüşdə Birləşmiş Ştatlar indiyədək keçirilən danışıqlarda ilk dəfə olaraq məsələyə konkret yanaşma nümayiş etdirib. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı durum və problemdən çıxış yolu ilə əlaqədar əsaslandırılmış fikirləri Con Kerrinin diqqətini cəlb edib. Konkret nəticə olmasa da, mövqe belə ifadə edilib ki, danışıqlar davam etdirlisin.

“Görüş heç planlaşdırılmamışdı. Con Kerrinin təkidilə baş tutdu ki, mən sizinlə görüşmək istəyirəm. Yəni Ermənistan və Azərbaycanı nəzərdə tuturudu. Biz də istəyirik ki, problem həll olunsun və dövlətlər öz inkişaf yolunu davam etsin. Bu isə ən əvvəl Ermənistanı maraqlandırmalıdır”- deyə N. Məmmədov bildirib.

Danışıqların 20 ildir nəticəsiz qaldığını deyən Administrasiya rəsmisi düşünür ki, həmsədr ölkələrin rəhbərləri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konstruktiv, ədalətli mövqe tutması üçün Ermənistana təzyiq göstərməlidirlər. Ermənistan qoşunlarını bölgədən çıxarmasa, işğal edilmiş Azərbaycan torpaqlarını azad etməsə, bölgədə sabitliyi qorumaq mümkün olmayacaq. Əks halda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi qaçılmaz olacaq.

“Həmsədr dövlətlərin münaqişənin həlli ilə bağlı Ermənistan tərəfinə təzyiqi olmasa, nəticə gözləmək çox çətindi. Hər 3 dövlət tərfindən müəyyən təşəbbüslər var. Əsas qarşıda duran vəzifə bundan ibərətdir ki, hər 3 həmsədr dövlətin rəhbəri Ermənistana ədalətli mövqe tutmaq üçün təzyiq göstərməlidir. Əks hala genişmiqyasıl hərbi əməliyyatlar qaçılmaz olacaq. Ermənistan rəhbərliyi məsuliyyətini dərk etməlidi, əgər onlar qeyri-konstruktiv mövqedə qalacaqlarsa, bu erməni xalqının faciəsi olacaq”, - deyə Novruz Məmmədov vurğulayıb.




Teqlər:  





Xəbər lenti