Girov düşən polis oğlundan xəbər var

Girov düşən polis oğlundan xəbər var
  07 Sentyabr 2014    Oxunub:1935
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində girov götürülən Azərbaycan vətəndaşı Cavid Məmmədovun ailəsinə məlumat çatdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə anspress-ə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, BQXK əməkdaşları Cavid Məmmədova baş çəkiblər.

Qeyd edək ki, sentyabrın 5-də Azərbaycan vətəndaşı Cavid Məmmədovu Tərtər rayonunun Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb.

15 yaşlı Cavid Məmmədovun II qrup əlil olduğu bildirilir.

Qeyd edək ki, Erməni əsgərləri dəfələrlə cəbhə xəttinə yaxın kəndlərdə məktəbli uşaqları atəşə tutub. 2011-ci ilin martın 8-də Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən 8 yaşlı Fariz Bədəlov həyətlərində oynayarkən qətlə yetirlimişdi. Ötən ay isə emənilər 2 məktəbiyə atəş açmışdılar. Nəticədə onlar xəstənaya yerləşdirilmişdi.


Teqlər:





Xəbər lenti