Azərbaycanlı deputatlarla bağlı şok iddia - VİDEO

Azərbaycanlı deputatlarla bağlı şok iddia - VİDEO
  08 Sentyabr 2014    Oxunub:7827
Millət vəkili Fazil Mustafa ilə yanaşı deputat həmkarı Qənirə Paşayevanın adı Türkiyədə yayımlanan televiziya verilişinlərinin birində “paralel dövlət”ə dəstək verməkdə hallandırılıb.

AzVision.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa bildirib.

Haqqında deyilən iddiaları araşdıran deputat adlarını “paralel dövlət”də hallandıran şəxsin ilahiyyatçı Aqil Ələsgər olduğunu müəyyən edib.

“Artıq məsələni araşdırdım, həmin verilişin “Youtube” variantını ilahiyyatçı Aqil Ələsgər mənə göndərdi. Çıxış onun tərəfindən edilib və mənim şəxsimə də, Qənirə Paşayevaya da paralel yapını dəstəkləmək iddiası ilə böhtan atılıb. Bu gün göstəriş verdim ki, parlamentdə çıxışlarımın stenoqrammasını çıxarılsın. Müsahibələrimin, yazılarımın da kopyası hazırlansın. Məsələnin hüquqi tərəfi bir az vaxt aparacaq. Türkiyədə kimlərəsə xoş görünmək üçün Azərbaycanın bütün litsey məzunu olan insanlarını gənclərimizi dövlət çevrilişində suçlamağa cəsarət edəb bu şəxs bunları isbatlamağa borcludur”.

Deputat qeyd edib ki, bu adamlar hələ də dərk etmək iqtidarında deyillər ki, həm Ərdoğan, həm də Fətulla Gülən onun üçün avtoritet deyil.

“Eyni zamanda onların görüşlərinin bizim dövlət və din modelimizin mahiyyətində yer alacaq qədər mükəmməl olduğunu düşünmürəm, Türkiyənin içində gedən hakimiyyət davası da bizi maraqlandırmır. Sadəcə Azərbaycanda mənim fikrimcə yaxşı təhsil verən məktəbləri birdəfəlik silmək təhsilimizə vurulan böyük zərbə idi, yaxşı ki, Azərbaycan iqtidarı fərqli formada da olsa bu yanlışı düzəldərək bu təhsil bazasını qoruyub saxladı. Adam Qafqaz Universitetini ittiham edir ki, məgər ölkədə başqa universitet yoxdur ki, hər yerə məzunlar oradan seçilir? Var xeyli universitet, sadəcə ağlı başında olan adam 600 baldan yuxarı nəticə göstərənlərin universitet seçiminə baxsa, qızıl medalları alanların orta məktəblərdə sayına diqqət etsə görər ki, insanları düşündürən, Fidel Kastro, Ərdoğan və ya Fətulla Gülən deyil, rüşvətsiz və səviyyəli təhsilin verildiyi məkandır. Türkiyədə siyasət vasitəsi kimi düşünülən terminləri Azərbaycanda da süni olaraq canlandırmaq, əslində öz Vətəninə hörmətsizlik, öz dövlətinin gücünü aşağılamaqdır. Minlərlə yüksək təhsilli, tərbiyəli, vətənsevər litsey məzunun öz dövlətinə düşmən kimi təqdim etmək sadəcə ləyaqətsizlikdir”.



AzVision.az


Teqlər:  





Xəbər lenti