36 yaşlı kişi göldə batdı

36 yaşlı kişi göldə batdı
  08 Sentyabr 2014    Oxunub:1275
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1978-ci il təvəllüdlü, Süleymanov Ayaz Səlim oğlu Quba rayonu, İkinci Nüğədi kənd ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 100 km aralıda nəzarətsiz ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. A.Süleymanovun cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:00-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti