Bu gün 36 dərəcə isti olacaq

Bu gün 36 dərəcə isti olacaq
  08 Sentyabr 2014    Oxunub:918
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata u gün Bakıda və Abşeron yarımadasında sentyabırın 8-də havanın dəyişkən buludlu olacağı, yağmursuz olacağı gözlənilir.

Temperaturun gecə 17-22° isti, gündüz 28-33° isti olacağı ehtimalı var. Bakıda gecə 18-20° isti, gündüz 31-33° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 18-23° isti, gündüz 31-36° isti olacağı ehtimalı var.


Teqlər:





Xəbər lenti