Region gənclərinin yaradıcılıq festivalı başladı
Hacıqabul rayonunda təşkil edilən festivalın rəsmi açılışında çıxış edənlər, tədbirin gənclər üçün ciddi əhəmiyyətindən danışaraq, dövlətin də bu sahəyə daim diqqət ayırdığını vurğuladılar. Bildirildi ki, bu gün Azərbaycanın yaradıcı gəncləri ölkəmizi nəinki öz sərhədləri çərçivəsində, hətta onun hüdudlarından kənarda da layiqincə təmsil edirlər. Bu baxımdan, yeni-yeni yaradıcı gənclərin regionlardan aşkar edilməsi və tanıdılması vacibdir.
Daha sonra Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilən festival çərçivəsində gənclər, özlərinin teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, musiqi və digər sahələrdə bacarıqlarını nümayiş etdirdilər.
Festivalı izləmək və iştirakçı gənclərin gələcək yaradıcılığını davam etdirmələrinə kömək məqsədilə müvafiq sahələr üzrə dövlət qurumlarının nümayəndələri də tədbirdə iştirak etdilər.
Gənclər üçün Təhsil Mərkəzindən verilən məlumata əsasən, gənclərin növbəti yaradıcılıq festivalı Mingəçevir və Ağcabədi rayonlarında keçiriləcək.
Teqlər: