Nüşabə Sadıxlı başqan olmaqdan imtina etdi

Nüşabə Sadıxlı başqan olmaqdan imtina etdi
  08 Sentyabr 2014    Oxunub:1774
“Mən namizəd kimi rəsmi qeydiyyatdan keçməmişəm və namizəd olmaq fikrim də yoxdur. Çünki bundan öncə də demişdim ki, əgər güvəndiyim, inandığım insanlar başqanlığa namizəd olmasa, onda mən öz namizədliyimi irəli sürəcəyəm”.
Bu barədə AzVision.az-a açıqlamasında Müsavat Partiyasının Divanının üzvü Nüşabə Sadıxlı məlumat verib.

O bildirib ki, başqanlığa iddialı olanlar içərisində çox güvəndiyi insanlar var. Buna görə də qərara alıb ki, namizədliyini verməsin:

“Həm Qubad İbadoğluna, həm Arif Hacılıya, həm də Tural Abbaslıya çox güvənirəm. Hər üçü çox sevdiyim və güvəndiyim insanlardır. Tural bir az gəncdir. Hesab edirəm ki, hələ Turalın başqan olmasına vaxt lazımdır. Çünki burada əqidə, cəsarət ən başqa siyasi təcrübə də lazımdır, Tural bu təcrübəni toplamalıdır”.

N.Sadıxlı konkret olaraq kimin başqan olmasını indidən açıqlamayıb.

“Digər hər ikisi isə başqanlığa namizədlər arasında görmək istədiyim insanlardır. Onlar isə hələ ki, rəsmi olaraq namizədliklərini təsdiq etməyiblər. Təsdiqlənmədən sonra seçki kampaniyasına baxıb götür-qoy edəcəyəm ki, qurultayda kimə səs verim”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti